Nə artıq, nə əksik. ✨️✨️✨️ Der Mond ist aufgegangen, die goldnen Sternlein prangen am Himmel hell und klar. Der Wald steht schwarz und schweiget, und aus den Wiesen steiget der weiße Nebel wunderbar. Wie ist die Welt so stille und…devamıNə artıq, nə əksik.
✨️✨️✨️
Der Mond ist aufgegangen,
die goldnen Sternlein prangen
am Himmel hell und klar.
Der Wald steht schwarz und schweiget,
und aus den Wiesen steiget
der weiße Nebel wunderbar.
Wie ist die Welt so stille
und in der Dämmrung Hülle
so traulich und so hold,
als eine stille Kammer,
wo ihr des Tages Jammer
verschlafen und vergessen sollt.
Seht ihr den Mond dort stehen?
Er ist nur halb zu sehen
Und ist doch rund und schön.
So sind wohl manche Sachen,
die wir getrost belachen,
weil unsre Augen sie nicht sehn
🎶🎶🌙
Spoiler içeriyor
Nereden başlasam, nasıl anlatsam bilmiyorum. Benim için çok yorucu, uzun ve de unutulmaz bir deneyimdi. Bana öğrettiklerini, bana kattıklarını hep hatırlamak isterim. Öncelikle karakterlerin hepsinin Allah belasını versin. Yani minik Maya dışında hepsi manyak bunların. Zorla ayakta durmaya çalışan mental…devamıNereden başlasam, nasıl anlatsam bilmiyorum. Benim için çok yorucu, uzun ve de unutulmaz bir deneyimdi. Bana öğrettiklerini, bana kattıklarını hep hatırlamak isterim.
Öncelikle karakterlerin hepsinin Allah belasını versin. Yani minik Maya dışında hepsi manyak bunların. Zorla ayakta durmaya çalışan mental sağlığımı onların hayatları üzerine düşünerek bir tık mahvetmişim galiba. Ama nasıl güzel bir mahvediş…
Yine olsa yine yaparım.
İzlerken çok zorlandım. Neredeyse üç sezon boyunca aralıklarla, bir bölümden fazla izleyemiyordum. “Alt tarafı dizi” demekle olmuyordu. O bir saatlik bölüm beni öyle hırpalıyordu ki diğer bölüme geçemiyordum.
Sebebi ölüm mü, yas mı, geride kalanların hikâyesi mi, yoksa gerçek hayatı bu kadar gerçek bir şekilde anlatmaları mı? Evet, hepsi var.
Her cenazeyle ölüm–yaşam dengesini, farklı hayatlarla kurulan bağları ve karakterlerin iç dünyalarında verdikleri savaşları aklınıza gelebilecek her detayıyla çok güzel anlatıyorlardı. Ama asıl tetikleyici olan şey aile ve ailemiz gibi olanlar;
koparıp atamayacağımız bağlar...
Herkes yaşam mücadelesinde o kadar çok sorunla savaşıyordu ki… Ve herkes aynı anda hem haklı hem haksız olabiliyordu. Neyi neden yaptıklarını anlamaya çalışıyordum. Bazen anlıyordum ama çoğu zaman sadece “neden?” sorusuyla baş başa kalıyordum. Sorunlarını nasıl çözebileceklerini çözemediğim için de garip bir çaresizlik hissi kalıyordu içimde.
Hikâyenin çok sağlam bir altyapısı var ve her karakterin, yan rollerin bile kendine has yolculuğu mükemmel işlenmiş. Hepsi derin bir psikoanalizi hak ediyor. Tabii ki ben bunu yapamam ama bir şeyler söylemeden de duramam.
Aslında diziyi izlemiş birini (mümkünse psikolog) bulursam, böyle 12 saat falan aralıksız bu diziyi konuşup defteri öyle kapatmak isterim.
Biraz da Fisher ailesi.
𝑹𝒖𝒕𝒉… Katlanması müthiş zor bir insan. Sürekli pasif-agresif, sürekli aklında bir şeyleri tutup tutup asıl konuşması gerektiği yerde asla konuşmayan ama gel gör ki alakasız zamanlarda bir anda sinir patlamasıyla oversharing’in anasını ağlatan bir karakter.
Nasıl böyle ciyak ciyak bağırdığını hâlâ anlayamıyorum. Yani bir Carrie Bradshaw, bir Ruth Fisher… Çığlık atmayın da ne yaparsanız yapın.
Ruth çok erken yaşta evlendiği için bütün hayatı boyunca hep bir eş, bir anne olmuş. Gerçek Ruth kim, ne sever, ne ister, tek başına nasıl hayatta kalır… bunların hiçbirini öğrenememiş. Kendini hiç keşfedememiş. Bu yüzden ne bir ilişkide gerçekten var olabiliyordu ne de yalnızlığın güzelliğini yaşayabiliyordu.
— 𝖭𝖾 𝗂𝗌𝗍𝖾𝗋𝖽𝗂𝗆 𝖻𝗂𝗅𝗂𝗒𝗈𝗋 𝗆𝗎𝗌𝗎𝗇?
— 𝖭𝖾𝗒𝗂?
— 𝖧𝖺𝗒𝖺𝗍ı 𝗇𝖾𝗍 𝗀ö𝗋𝗆𝖾𝗒𝗂… 𝖺𝗆𝖺 𝗋𝗈𝗆𝖺𝗇𝗍𝗂𝗄𝗅𝖾ş𝗍𝗂𝗋𝖽𝗂ğ𝗂𝗆𝖽𝖾 𝖼𝖺𝗆𝖽𝖺𝗇 𝖺𝗍𝗍ığı𝗆 𝗂𝗅𝗄 ş𝖾𝗒 𝗈 𝗈𝗅𝗎𝗒𝗈𝗋.
𝑵𝒂𝒕𝒉𝒂𝒏𝒊𝒆𝒍… Baştan sona bizi hiç yalnız bırakmadın. En zor zamanlarda, bir hayal bile olsan hep orada, çocuklarının yanı başındaydın. Sırf bunun hatırına sana kötü bir şey söylemeyeceğim.
Koskoca bir hayat yaşayıp kimsenin seni gerçekten tanımaması yeterince acı bir şey.
Bana hep şunu hatırlatıyor: Eski tanıdıklarım şu anki beni bilmiyor. Yeni tanıdıklarım da eski beni hiç bilemeyecek. Ve istemediğimiz sürece bu hayatta bizi gerçekten tam anlamıyla tanıyabilen bir Allah’ın kulu olmayacak.
𝑫𝒂𝒗𝒊𝒅 - muazzam bir karakter gelişimi yaşadı. İşte, aşkta, aile ilişkilerinde gerçekten elinden geleni yapmaya çalıştı. Bol bol bocaladı, düştü, kalktı ama bir şekilde kendi yolunu buldu. Ve her gün biraz daha çabalamaya devam etti.
- 𝖧𝗂ç 𝗆𝗂𝗇𝗇𝖾𝗍𝗍𝖺𝗋 𝖽𝖾ğ𝗂𝗅𝗌𝗂𝗇, 𝖽𝖾ğ𝗂𝗅 𝗆𝗂?
- 𝖬𝗂𝗇𝗇𝖾𝗍𝗍𝖺𝗋 𝗆ı𝗒ı𝗆? 𝖧𝖺𝗒𝖺𝗍ı𝗆ı𝗇 𝖾𝗇 𝗄ö𝗍ü 𝖽𝖾𝗇𝖾𝗒𝗂𝗆𝗂 𝗂ç𝗂𝗇 𝗆𝗂?
- 𝖠𝖼ı𝗇ı 𝗌𝖺𝗇𝗄𝗂 𝖻𝗂𝗋 𝖺𝗇𝗅𝖺𝗆ı 𝗏𝖺𝗋𝗆ış 𝗀𝗂𝖻𝗂, 𝗌𝖺𝗇𝗄𝗂 𝖻𝗂𝗋 𝖽𝖾ğ𝖾𝗋𝗂 𝗏𝖺𝗋𝗆ış 𝗀𝗂𝖻𝗂 𝗍𝗎𝗍𝗎𝗒𝗈𝗋𝗌𝗎𝗇. 𝖯𝖾𝗄𝗂 𝗌𝖺𝗇𝖺 𝗌ö𝗒𝗅𝖾𝗅𝖾𝗒𝗂𝗆, 𝗁𝗂ç𝖻𝗂𝗋 𝖽𝖾ğ𝖾𝗋𝗂 𝗒𝗈𝗄. 𝖡ı𝗋𝖺𝗄 𝗀𝗂𝗍𝗌𝗂𝗇. 𝖲𝗈𝗇𝗌𝗎𝗓 𝗈𝗅𝖺𝗌ı𝗅ı𝗄𝗅𝖺𝗋 𝗏𝖺𝗋 𝗏𝖾 𝗌𝖾𝗇𝗂𝗇 𝗒𝖺𝗉𝖺𝖻𝗂𝗅𝖾𝖼𝖾ğ𝗂𝗇 𝗍𝖾𝗄 ş𝖾𝗒 𝗌ı𝗓𝗅𝖺𝗇𝗆𝖺𝗄.
- 𝖯𝖾𝗄𝗂 𝗇𝖾 𝗒𝖺𝗉𝗆𝖺𝗆 𝗀𝖾𝗋𝖾𝗄𝗂𝗒𝗈𝗋?
- 𝖭𝖾 𝖽üşü𝗇ü𝗒𝗈𝗋𝗌𝗎𝗇? 𝖧𝖾𝗋 ş𝖾𝗒𝗂 𝗒𝖺𝗉𝖺𝖻𝗂𝗅𝗂𝗋𝗌𝗂𝗇, ş𝖺𝗇𝗌𝗅ı 𝗉𝗂ç, 𝗁𝖺𝗒𝖺𝗍𝗍𝖺𝗌ı𝗇!
- 𝖡𝗎 𝗄𝖺𝖽𝖺𝗋 𝖻𝖺𝗌𝗂𝗍 𝗈𝗅𝖺𝗆𝖺𝗓
- 𝖸𝖺 ö𝗒𝗅𝖾𝗒𝗌𝖾?
Galiba Keith’le birbirlerini bulmuş olmaları hayattaki en büyük şanslarıydı. Onca halt yemelerine rağmen o ilişkiyi yürütüp bir aile olabildiler ya…
“𝖠𝗆𝖺 𝖻𝗂𝗋𝖻𝗂𝗋𝗂𝗆𝗂𝗓𝗂𝗇 𝗁𝖾𝗋 ş𝖾𝗒𝗂 𝗈𝗅𝖺𝗆𝖺𝗒ı𝗓, 𝖣𝖺𝗏𝗂𝖽. 𝖡𝗎 𝗆ü𝗆𝗄ü𝗇 𝖽𝖾ğ𝗂𝗅.”
Gelelim 𝑵𝒂𝒕𝒆’𝒆.
O kadar gerçek bir insan rolü yazmışlar ki… Bazen sempati duydum, anladım, bazen saydım, sövdüm. Gerçekten çok zor şeyler yaşadı ama çok zor şeyler de yaşattı.
Hep bir şekilde haklıydı. Hep yaptığı bencilliklere bir sebep buluyordu.
Nate’i gerçek anlamda hiç sevemedim. Ne Brenda’yla birlikteyken, ne Lisa’yla birlikteyken, ne de tek başınayken.
Dizide en fazla değişim yaşamış gibi görünen ama aslında karakterinde hiçbir şeyi değiştirmeyen oydu. Brenda bile tamamen farklı birine dönüştü, ama Nate sadece gerçek kimliğini gizleyerek yaşadı tüm hayatını.
“𝖧𝖺𝗒𝖺𝗍ı𝗆ı 𝗄𝗈𝗋𝗄𝖺𝗋𝖺𝗄 𝗀𝖾ç𝗂𝗋𝖽𝗂𝗆. 𝖧𝖺𝗓ı𝗋 𝗈𝗅𝗆𝖺𝖽ığı𝗆𝖽𝖺𝗇, 𝗁𝖺𝗄𝗅ı 𝗈𝗅𝗆𝖺𝖽ığı𝗆𝖽𝖺𝗇, 𝗈𝗅𝗆𝖺𝗆 𝗀𝖾𝗋𝖾𝗄𝖾𝗇 𝗄𝗂ş𝗂 𝗈𝗅𝗆𝖺𝖽ığı𝗆𝖽𝖺𝗇 𝗄𝗈𝗋𝗄𝗍𝗎𝗆. 𝖡𝗎 𝖻𝖾𝗇𝗂 𝗇𝖾𝗋𝖾𝗒𝖾 𝗀𝖾𝗍𝗂𝗋𝖽𝗂?”
Ama ölümünden sonraki bölüm… Geride kalanların hikâyesi o kadar güzel anlatılmıştı ki. Aralıksız 57 dakika boyunca ağladım. Bu bölümü izleyeceğime buzdolabı taşısam daha az yorulurdum, diyen kullanıcı seni o kadar iyi anlıyorum ki...
𝐂𝐥𝐚𝐢𝐫𝐞…
Ah, uyuşturuculu kekim benim. Sen içimi parçaladın baştan sona izlerken. En çok hisseden, en çok anlayan, en hassas, en kırılgan, en öfkeli sendin.
Kimse görmedi, kimse gerçekten anlamadı seni. Kimse doğru yolu göstermedi. Hep bir el uzattın ama o eli tutanlar hep yanlış insanlardı.
Sevgiye bu kadar muhtaç olması belki onun suçu değildi ama saflıkla salaklık arasındaki çizgide dolaşıp durdu sürekli. Beş sezon boyunca aldığı doğru karar sayısı üç falan herhalde. Ondan aldıkları ve ona vermediği her şey için hayata o kadar öfkeliydi ki aslında bu yüzden...
— 𝖲𝖺𝗇𝗄𝗂 𝖻𝖺𝗇𝖺 𝗂𝗅𝗀𝗂 𝖽𝗎𝗒𝖺𝗇 𝗁𝖾𝗋 𝖾𝗋𝗄𝖾ğ𝖾 𝖺şı𝗄 𝗈𝗅𝗎𝗒𝗈𝗋𝗎𝗆.
— 𝖲𝖺𝗇ı𝗋ı𝗆 𝗁𝖾𝗉𝗂𝗆𝗂𝗓 𝗌𝖾𝗏𝗂𝗅𝗆𝖾𝗄 𝗂𝗌𝗍𝗂𝗒𝗈𝗋𝗎𝗓. 𝖪𝗂𝗆𝖽𝖾𝗇 𝗀𝖾𝗅𝗂𝗋𝗌𝖾 𝗀𝖾𝗅𝗌𝗂𝗇 𝖻𝗎𝗇𝖺 𝗁𝖺𝗒ı𝗋 𝖽𝖾𝗆𝖾𝗄 𝗓𝗈𝗋.
Claire’in yolunu bulmasına en büyük yardımın annesiyle olan ilişkisinden geleceğini düşünüyordum ama onu da pek göremedik. Claire hikâyesinden içimde hep bir eksiklik kaldı.
"𝖧𝖺𝗒𝖺𝗍ı𝗇ı 𝖽𝖾ğ𝗂ş𝗍𝗂𝗋𝖾𝖻𝗂𝗅𝖾𝖼𝖾𝗄 𝗈𝗅𝗌𝖺𝗆 𝗁𝖾𝗋 ş𝖾𝗒𝗂𝗆𝗂 𝗏𝖾𝗋𝗂𝗋𝖽𝗂𝗆 anne".
Evet, Fisher ailesinden bu kadar. Brenda, Billy, anası, babası, dadısı… Artık oralara hiç girmiyorum çünkü hepsi ayrı ayrı bir psikolojik vaka ve hepsi mükemmel yazılmış.
Dizinin diyalogları inanılmaz güçlü. Bazen o kadar basit sahneleri devleştiriyorlar ki cümleleriyle, durdurup düşünmeden geçemiyordum.
"𝖪𝖾𝗇𝖽𝗂𝗆𝗂𝗓𝖽𝖾𝗇 𝗈 𝗄𝖺𝖽𝖺𝗋 ç𝗈𝗄 𝗇𝖾𝖿𝗋𝖾𝗍 𝖾𝖽𝗂𝗒𝗈𝗋𝗎𝗓 𝗄𝗂, 𝗄𝖾𝗇𝖽𝗂 𝖻𝖺𝗄ış 𝖺çı𝗆ı𝗓ı 𝖽𝖾ğ𝖾𝗋𝗌𝗂𝗓 𝗀ö𝗋ü𝗒𝗈𝗋𝗎𝗓".
"𝖱𝗎𝗁 𝖾ş𝗂 — 𝗌𝖾𝗇𝗂 𝗈𝗅𝖺𝖻𝗂𝗅𝖾𝖼𝖾ğ𝗂𝗇 𝗄𝖺𝖽𝖺𝗋 '𝗌𝖾𝗇' 𝗄ı𝗅𝖺𝗇 𝗄𝗂ş𝗂. 𝖡𝖾𝗅𝗄𝗂 𝖽𝖾 𝗋𝗎𝗁 𝖾ş𝗂, 𝗌𝖾𝗇𝗂𝗇 𝗋𝗎𝗁𝗎𝗇𝗎 𝗈𝗅𝗀𝗎𝗇𝗅𝖺ş𝗆𝖺𝗒𝖺 𝗓𝗈𝗋𝗅𝖺𝗒𝖺𝗇 𝗄𝗂ş𝗂𝖽𝗂𝗋."
"Ç𝗈𝗄 ş𝖺𝗇𝗌𝗅ı𝗒ı𝗆. Ş𝖺𝗇𝗌𝗅ı 𝗈𝗅𝖺𝗇ı𝗇 𝖻𝖾𝗇 𝗈𝗅𝗆𝖺𝗆𝖽𝖺𝗇 𝗇𝖾𝖿𝗋𝖾𝗍 𝖾𝖽𝗂𝗒𝗈𝗋𝗎𝗆. 𝖪𝗂𝗆𝗌𝖾 𝖻𝖺𝗇𝖺 𝗌𝖺𝗁𝗂𝗉 𝗈𝗅𝖽𝗎ğ𝗎 𝗂ç𝗂𝗇 ş𝖺𝗇𝗌𝗅ı 𝖽𝖾ğ𝗂𝗅. 𝖪𝗂𝗆𝗌𝖾 𝖻𝖺𝗇𝖺 𝗌𝖺𝗁𝗂𝗉 𝗈𝗅𝖽𝗎ğ𝗎 𝗂ç𝗂𝗇 ş𝖺𝗇𝗌𝗅ı 𝖽𝖾ğ𝗂𝗅𝖽𝗂."
"𝖧𝖺𝗒𝖺𝗍 𝗄𝗈𝗅𝖺𝗒 𝗈𝗅𝖽𝗎ğ𝗎𝗇𝖽𝖺 𝖻𝗂𝗅𝖾 𝗓𝗈𝗋 𝖺𝗆𝗄. 𝖤ğ𝖾𝗋 𝖾𝗅𝗂𝗆𝗂𝗓𝖽𝖾𝗒𝗌𝖾 𝗇𝖾𝖽𝖾𝗇 𝗁𝖺𝗒𝖺𝗍ı 𝖽𝖺𝗁𝖺 𝖺𝗓 𝗓𝗈𝗋𝗅𝖺𝗒ı𝖼ı 𝗁𝖺𝗅𝖾 𝗀𝖾𝗍𝗂𝗋𝗆𝖾𝗒𝖾𝗅𝗂𝗆?"
Dizinin tek kusuru belki fazla gerçek dışı cinsellikti. Gri karakterleri severiz ama grinin elli tonu da biraz fazlaydı ve çoğu kısmı gereksizdi.
Daha söyleyecek o kadar çok şeyim var ki… Bazı ölümleri, o muazzam cenaze töreni konuşmalarını ve en çok da bir ağacın altına gömülme fikrinin nasıl huzura ermiş gibi hissettirdiğini…
Muhtemelen geri dönüp baktığımda, bu kadar basit cümlelerle anlattığım için kendime kızacağım.
Ve final… dizi tarihinin en iyi finallerinden biri miydi? Olabilir. Tam olarak beklediğim gibi değildi. Ama kesinlikle tatmin ediciydi.
Her şeyi geçtim, onları evli, mutlu, çocuklu; o masada bir arada gördüm ya… sıradan olması umurumda bile değil. Çok mutlu oldum.
Claire’in geride kalan yolları izlemesi gibi… göz açıp kapayıncaya kadar akıp giden, hayat gibi bir sondu.
İllərə meydan oxuyan, dillərə dastan tragediya: 𝓗𝓪𝓶𝓵𝓮𝓽 Əslində bu, bir ananın heç dinməyən övlad acısının kollektiv paylaşımı, bir atanın ağır-ağır dəmlənən oğul həsrətinin sənətlə ölümsüzləşmə hekayəsi ola bilərmi? Buradan yola çıxan film, əsasında bir yas hekayəsi anlatsa da, izləyərkən bir…devamıİllərə meydan oxuyan, dillərə dastan tragediya: 𝓗𝓪𝓶𝓵𝓮𝓽
Əslində bu, bir ananın heç dinməyən övlad acısının kollektiv paylaşımı, bir atanın ağır-ağır dəmlənən oğul həsrətinin sənətlə ölümsüzləşmə hekayəsi ola bilərmi?
Buradan yola çıxan film, əsasında bir yas hekayəsi anlatsa da, izləyərkən bir çox duyğunu az-az, amma dərinliklə hiss ediləcək qədər yaşadır. Kitabını oxumadan sadəcə film haqqında yazmaq istədim.
Anadan miras öngörüləri ilə, ruhsal dərinlikli obrazı ilə kimilərincə lənətlənmiş bir həyat yaşayan Agnes və atası üçün çalışsa da, ən çox da onun tərəfindən xor görülən, yaşadığı yerə sığmayan, yaratma arzusu ilə dolu bir dahinin — William Shakespeare-in sevgi dolu ailələrinin dönüşüm yolu.
Uzun-uzun səhnələr, dialoqlar olmadan aşiq olma səhnəsi necə yazılar?
Çox bəsit. Adam bir hekayə anlatar və ona baxan bir cüt göz parlayar. Onu olduğu kimi sevər, olması gərəkdiyi kimi deyil.
𝕺𝖗𝖋𝖊𝖞 𝖛ə 𝕰𝖛𝖗𝖎𝖉𝖎𝖐𝖆. 𝕿𝖗𝖆𝖌𝖎𝖐 𝖘𝖊𝖛𝖌𝖎 𝖒𝖎𝖋𝖎.
𝙷ə𝚛 𝚊𝚗 𝚊𝚛𝚡𝚊𝚗𝚍𝚊 𝚘𝚕𝚍𝚞ğ𝚞𝚖𝚞 𝚋𝚒𝚕. 𝚀ə𝚕𝚋𝚒𝚗𝚒𝚗 𝚊𝚝ışı𝚗𝚊 𝚊𝚢𝚊𝚚 𝚜ə𝚜𝚕ə𝚛𝚒𝚖 𝚚ə𝚍ə𝚛 𝚐ü𝚟ə𝚗 𝚟ə 𝚑ə𝚛 𝚣𝚊𝚖𝚊𝚗, 𝚑ə𝚛 ş𝚎𝚢ə 𝚛əğ𝚖ə𝚗 𝚍ö𝚗ü𝚋 𝚖ə𝚗ə 𝚋𝚊𝚡.
Agnes arzulamaqdan, William isə itirdiyini düşündüyü zaman belə dönüb ona baxmaqdan heç vaz keçmədi.
Ailə rəsminin içindəki incə məqamlar çox anlamlı idi.
İkinci yarıya qədər adı çəkilməsə də, onun Shakespeare olduğunu bizə anlatan səhnələr — Romeo və Cülyettadan cümlələr, uşaqları ilə Maqbet oyununu -- görürdük.
Ümumiyyətlə, ata obrazı olaraq yox, Shakespeare olaraq arxa planda verilməsi çox xoşuma gəldi.
Balaca Hamnetin gələcək arzusunu anlatdığı epizodlarda, Judithlə olan məlum səhnələrində həm cast seçiminə, həm də performanslara baxaraq rahatlıqla uğurlu iş ortaya çıxdığını deyə bilərəm.
Və təbii ki, səhnə performansı dediksə, o və onu tərifləmə saatı gəldi deməkdir: Jessie Buckley.
Bir insan mimikası, baxışı, səsi, vücud dili ilə ancaq bu qədər bütünləşmiş bir obraz ortaya çıxara bilərdi. Möhtəşəm idi.
Mən son səhnə xaric deyildiyi qədər çox ağlamadım açığı. Məgər göz yaşlarımı başqa filmə saxlayıbmış bəxtim.
Amma o özəl anlar tüklərimi ürpərtdi, gözlərimi doldurdu.
Yaşayanlar və şahidi olanlar bilər ki, vaginal doğum başqa bir dünyaya gedib qayıtmaq kimi bir hadisədir. Bunu qadının bir canı dünyaya gətirərkən ölüb yenidən dirilmə möcüzəsi adlandırıram mən. Və doğum səhnəsində Jessie insanüstü bir performans göstərir.
Məlum ölüm səhnəsinə nə qədər hazırlıqlı olsam da, Agnes- in fəryadı gözümü doldurmağa yetdi. Amma filmlə bağlı ilk xəyal qırıqlığımı da elə burada yaşadım. William-ın oğlunun ölümünə verdiyi ilk reaksiyanı tam görə bilməmək nə böyük bir məyusluq idi mənim üçün. Onu belə bir epizodda izləməyi çox istərdim. Amma sonlara doğru Paul-un üstləndiyi səhnələrlə ürəyim yerinə gəldi deyə bilərəm.
Gələk filmin ikinci yarısına. Yas teması izləməyi sevdiyim mövzudur.
Bəhs etdiyim daha çox — sinənizə ağırlıq çökdürən, nəfəs alışınızı zorlaşdıran, ağlatmayan, amma çox çarəsiz hiss etdirən filmlərdir.
Əslində zövq aldığım şey insanların yası, acını hər duyğuda olduğu kimi fərqli yaşadığını izləməkdir.
Ağlıma həmişə o səhnə gəlir.
𝙈𝙖𝙣𝙘𝙝𝙚𝙨𝙩𝙚𝙧 𝙗𝙮 𝙩𝙝𝙚 𝙎𝙚𝙖 filmindən, heç unutmuram.
Atasının ölümündən sonra rutin həyata davam edən obraz adi bir anda soyuducunu açanda birdən buzluqdan donmuş ətlər yerə düşür və o an ağlına atasının dondurucuda saxlanan cəsədi gəlir. Ağlamağa başlayır...
Anlatmaq istədiyim şey “ağlamaq üçün gözdən yaşmı axmalı?” dadında klişe deyil. Mütləq o yaşlar axır. Amma nə zaman? Nə üçün?
İnsan ən çox anlaşılmaq istər deyilir. Elə deyil məncə. İnsan ən çox hiss etdiyi şeyi bir başqası da eyni onun kimi hiss etsin istəyir.
𝙏𝙖𝙨𝙩𝙚 𝙤𝙛 𝘾𝙝𝙚𝙧𝙧𝙮 -də Mr. Badii deyirdi ki :
𝙰𝚗𝚕𝚊𝚢𝚊𝚖𝚊𝚣𝚜ı𝚗ı𝚣. 𝙰𝚗𝚕𝚊𝚢𝚊𝚖𝚊𝚢𝚊𝚌𝚊ğı𝚗ı𝚣 𝚒ç𝚒𝚗 𝚍𝚎ğ𝚒𝚕. Çü𝚗𝚔ü 𝚋𝚎𝚗𝚒𝚖 𝚑𝚒𝚜𝚜𝚎𝚝𝚝𝚒𝚔𝚕𝚎𝚛𝚒𝚖𝚒 𝚑𝚒𝚜𝚜𝚎𝚍𝚎𝚖𝚎𝚣𝚜𝚒𝚗𝚒𝚣. 𝙳𝚞𝚢𝚐𝚞𝚕𝚊𝚛ı𝚖ı 𝚊𝚗𝚕𝚊𝚢ı𝚙, 𝚙𝚊𝚢𝚕𝚊ş𝚊𝚋𝚒𝚕𝚒𝚛𝚜𝚒𝚗𝚒𝚣, 𝚋𝚊𝚗𝚊 𝚖𝚎𝚛𝚑𝚊𝚖𝚎𝚝 𝚐ö𝚜𝚝𝚎𝚛𝚎𝚋𝚒𝚕𝚒𝚛𝚜𝚒𝚗𝚒𝚣. 𝙰𝚖𝚊 𝚊𝚌ı𝚖ı 𝚑𝚒𝚜𝚜𝚎𝚍𝚎𝚋𝚒𝚕𝚒𝚛 𝚖𝚒𝚜𝚒𝚗𝚒𝚣? 𝙷𝚊𝚢ı𝚛.
𝙰𝚌ı ç𝚎𝚔𝚎𝚛𝚜𝚒𝚗𝚒𝚣 𝚟𝚎 𝚋𝚎𝚗 𝚍𝚎 ç𝚎𝚔𝚎𝚛𝚒𝚖. 𝚂𝚒𝚣𝚒 𝚊𝚗𝚕𝚊𝚛ı𝚖. 𝙰𝚌ı𝚖ı 𝚊𝚗𝚕𝚊𝚢𝚊𝚋𝚒𝚕𝚒𝚛𝚜𝚒𝚗𝚒𝚣, 𝚊𝚖𝚊 𝚘𝚗𝚞 𝚑𝚒𝚜𝚜𝚎𝚍𝚎𝚖𝚎𝚣𝚜𝚒𝚗𝚒𝚣.
Hamnetin yas dönəmində Agnes-dəki çöküşü, içinin necə yandığını danışmasa, ağlamasa belə üzünə baxaraq anlayırıq. Amma William üçün eyni şey keçərli deyil. O, axtarışdadır. Hamnetin birdən-birə yox ola bilməyəcəyini, tapması gərəkdiyini düşünür.
Onu tapır və son anında yanında ola bilməməsinin vicdan əzabı ilə onu bir daha itirməmək adına ölümsüzləşdirir.
Balaca Hamnetin ölümündən sonrakı film axışının sürətlənməsini bəyənməsəm də, teatr səhnələri ilə film sanki “səbrli ol, istədiyini artıqlaması ilə verəcəyəm sənə” deyirmiş kimi fərqliliyini ortaya qoyur.
Hamlet tamaşasını canlı izlədiyimdə belə bu qədər təsirlənməmişdim.
Agnes William-dan sadəcə anlamasını istəmir. Onun kimi hiss etsin, onun kimi davransın istəyir. Axı eyni itkini, eyni acını yaşamışdılar.
William oğlu son nəfəsini verəndə orada deyildi. Amma zəhərin vücudunda necə yayıldığını anlatarkən sanki Hamnetin balaca bədənini saran vəbanı öz gözləri ilə görmüş kimi danışırdı.
Agnes isə Hamletin əslində onun Hamneti olduğunu anladığı anda, uzun zamandan sonra yenidən dilindən “mənə bax” sözləri tökülür. Anlaşıldığını ilk o an duyur.
Hamlet son nəfəsini verərkən ona uzanan əllər…
Agnes artıq təkcə yalnız olmadığını deyil, hisslərin paylaşıla bilən olduğunu da anlayır.
Və bunu bacaran incəsənətin gücü idi.
𝚂𝚊𝚗𝚊𝚝𝚝ı𝚛 𝚒𝚗𝚜𝚊𝚗ı 𝚒𝚗𝚜𝚊𝚗 𝚢𝚊𝚙𝚊𝚗
𝚜𝚊𝚗𝚊𝚝𝚝ı𝚛 𝚒𝚗𝚜𝚊𝚗ı 𝚒𝚗𝚜𝚊𝚗𝚊 𝚝𝚊𝚗ı𝚝𝚊𝚗
𝚑𝚘ş 𝚐ö𝚛𝚍ü𝚛𝚎𝚗 𝚜𝚎𝚟𝚍𝚒𝚛𝚎𝚗 𝚊𝚗𝚕𝚊𝚝𝚊𝚗...
Yan divarlar… Diqqətsizcə, əhəmiyyət vermədən yanından ötüb keçdiyimiz, bir baxışdan belə məhrum olan divarlar. Bəziləri elə rəngli, kimlərinsə sənəti ilə boyanmış olur ki, baxmaq üçün dayanırsan. Bəziləri isə elə sadədir ki, sadəcə diqqət yetirmək kifayətdir – görmək üçün. Amma bəzi…devamıYan divarlar…
Diqqətsizcə, əhəmiyyət vermədən yanından ötüb keçdiyimiz, bir baxışdan belə məhrum olan divarlar. Bəziləri elə rəngli, kimlərinsə sənəti ilə boyanmış olur ki, baxmaq üçün dayanırsan. Bəziləri isə elə sadədir ki, sadəcə diqqət yetirmək kifayətdir – görmək üçün. Amma bəzi divarlar var ki, onları görmək üçün mütləq ki, yolunu dəyişmək lazımdır. Həyat belədir axı…
Daha çoxuna ehtiyac duyanda işığa, pəncərəyə qaçırsan. Düşən ilk qar dənələrini seyr etmək, ya da ümid verdiyinə inandığın günəşin göz bəbəklərini parlatması üçün açdığın o pəncərə…
Kiçik, yarı dumanlı, yarı şəffaf pəncərə hər zaman oradaydı. Amma hər zaman içəri girən işıq deyildi. Bəzən yağan yağışdan ona da pay düşsün deyə insan bilərək açır pəncərəsini. Bəzən isə külək elə əsib dağıdır ki, vaxtında qapada bilmirsən. Sənə qalan isə tör-töküntü, toz-torpaq olur.
Vaxt olur ki, elə parlaq günəş olur, amma pərdəni açmağa gecikirsən. Ancaq onu bilirəm ki, səssiz çaxan şimşəklərdə də, ötən quşların yaz havasında da pəncərə qarşısında gözləyən biriləri var.
Sadəcə mənzərə ilə yetinsək, nə vardı ki… İnsanıq axı, ürək dözmür, səbr çatmır. Elə hey görmək istəyirsən. Baxdığında orada olsun. Günəş çıxıb ya qar-borandır – fərqi yoxdur.
Amma insan kimi axtardığını bildiyi halda tapa bilmirsə, kimi axtardığını bilmədən onu necə tapa bilər ki?
Fəsillər, illər, mənzərələr dəyişsə də, gözün aradığı, könlün arzuladığı orada bir yerlərdədir.
Bəlkə də problem baxdığımız pəncərənin hələ də yan divara açılmağındadır.
🪞- 𝑰 𝒉𝒂𝒗𝒆 𝒂 𝒎𝒆𝒕𝒉𝒐𝒅, 𝒂𝒃𝒔𝒐𝒍𝒖𝒕𝒆𝒍𝒚 𝒊𝒏𝒗𝒐𝒍𝒖𝒏𝒕𝒂𝒓𝒚, 𝒂 𝒌𝒊𝒏𝒅 𝒐𝒇 𝑩𝒖𝒅𝒅𝒉𝒊𝒔𝒕 𝒈𝒆𝒏𝒆 𝒕𝒉𝒂𝒕 𝒎𝒂𝒌𝒆𝒔 𝒎𝒚 𝒉𝒂𝒑𝒑𝒚 𝒅𝒂𝒚𝒔 𝒏𝒐𝒕 𝒔𝒐 𝒉𝒂𝒑𝒑𝒚 𝒂𝒏𝒅 𝒎𝒚 𝒔𝒂𝒅 𝒅𝒂𝒚𝒔 𝒏𝒐𝒕 𝒔𝒐 𝒔𝒂𝒅.
- 𝑨 𝒔𝒑𝒊𝒓𝒊𝒕𝒖𝒂𝒍 𝒕𝒉𝒆𝒓𝒎𝒐𝒔𝒕𝒂𝒕.🪞
Bitdi və yenidən başa dönüb təkrar izlədim. Ona görə ki, filmi bitəndən sonra anlamağa başladım. Anladıqca da hər baxışa, hər ifadəyə təkrar göz atmaq istədim. Bir neçə saatda sevginin hekayəsinin fərqli qatlarını, keçişləri zərifcə hiss edilən mərhələlərlə anlatırdı film. Başlanğıcda…devamıBitdi və yenidən başa dönüb təkrar izlədim. Ona görə ki, filmi bitəndən sonra anlamağa başladım. Anladıqca da hər baxışa, hər ifadəyə təkrar göz atmaq istədim.
Bir neçə saatda sevginin hekayəsinin fərqli qatlarını, keçişləri zərifcə hiss edilən mərhələlərlə anlatırdı film.
Başlanğıcda başa düşə bilmirdim. Necə olurdu ki, qadın həm bu qəribə həyəcanı, həm bu soyuqluğu, hətta kini eyni anda yaşayır və yaşadırdı.
“𝚃𝚞𝚑𝚊𝚏𝚕ığı𝚗 𝚗𝚎 𝚘𝚕𝚍𝚞ğ𝚞𝚗𝚞 𝚜𝚘𝚗𝚞𝚗𝚍𝚊 𝚊𝚗𝚕𝚊𝚖ış𝚍ı𝚖. 𝙼ü𝚣𝚎𝚢𝚢𝚎𝚗 𝚑𝚒ç 𝚏𝚕ö𝚛𝚝 𝚎𝚝𝚖𝚒𝚢𝚘𝚛, 𝚐ö𝚣𝚕𝚎𝚛𝚒𝚗𝚒 𝚔𝚊çı𝚛𝚖ı𝚢𝚘𝚛, 𝚑𝚎𝚢𝚎𝚌𝚊𝚗𝚕𝚊𝚗𝚖ı𝚢𝚘𝚛, 𝚍𝚒𝚕𝚒 𝚜ü𝚛ç𝚖ü𝚢𝚘𝚛, 𝚍𝚞𝚍𝚊𝚔𝚕𝚊𝚛ı𝚗ı ı𝚜ı𝚛𝚖ı𝚢𝚘𝚛. 𝙺𝚎𝚗𝚍𝚒𝚗𝚍𝚎𝚗 𝚋𝚊𝚑𝚜𝚎𝚝𝚖𝚎𝚔 𝚔𝚘𝚗𝚞𝚜𝚞𝚗𝚍𝚊 𝚎𝚗 𝚔üçü𝚔 𝚋𝚒𝚛 𝚑𝚎𝚟𝚎𝚜 𝚐ö𝚜𝚝𝚎𝚛𝚖𝚒𝚢𝚘𝚛𝚍𝚞.”
Çünki yanılırdım, bu bilinən tanışlıq hekayəsi deyildi. Yenə və yenidən, amma bu dəfə keçmişdən gələn deyil də, gələcəyi xatırlayan iki fərqli insanın hekayəsi idi. Filmdəki cütlük həm 15 ildir evli kimi, həm də ilk dəfə tanış olurlarmış kimidir. Əslində qarışıq, amma bir o qədər də sadə, durğun axışı vardı.
Filmdə ən bəyəndiyim şey duyğu dərinliyinin dil dəyişikliyi ilə verilməsi idi. İnsan hər dildə ayrı bir obraza bürünür. Hər dildə fərqli xatirələri olan yeni bir persona yaranırsa da, insan əsl gerçək kimliyini öz ana dilində yansıdır, məncə. İlk başlarda bir-birlərinə yad kimi (ya da “kimi” artıq oldu bəlkə də) davranan bu cütlüyün ingilis dilində danışması əslində kişi obrazının əsl xarakterinin — qadına olan soyuq münasibətinin, kibirli və özgüvənli halının — yansımasıdır.
Qadın obrazı isə bu dildə sanki özünü tam ifadə edə bilmir. Mübahisələri başladan o olsa da, sonra tez bundan qaçınır. Sakit və daha uyumlu davranmağa çalışırdı.
Kafedəki qırılma anından sonra nəyi necə düşünəcəyimiz bizə qalmış olur.
İrəlilədikcə kimdir bu yad insanlar? Nədir gerçək olan? Orijinal hekayəmi? Yoxsa gerçək olması arzulanan bir kopyamı?
Mona Lisa tablosu üzərindən anlatılan, filmin çıxış nöqtəsi bu olsa da, elə də vacib deyildi mənim üçün. Bu, bəlkə də yaradıcı olanlar üçün vacibdir. Mən isə yaradıcı yox, dönüşdürücüyəm.
“- 𝐄𝐯𝐥𝐢𝐥𝐢𝐤 𝐪𝐚𝐲ğı 𝐯ə 𝐟ə𝐫𝐪𝐢𝐧𝐝ə𝐥𝐢𝐤 ü𝐳ə𝐫𝐢𝐧𝐝ə 𝐢𝐫ə𝐥𝐢𝐥ə𝐲𝐢𝐫.
- 𝐍ə𝐲𝐢𝐧 𝐟ə𝐫𝐪𝐢𝐧𝐝ə𝐥𝐢𝐲𝐢?
- 𝐇ə𝐫 ş𝐞𝐲𝐢𝐧 𝐝ə𝐲𝐢ş𝐝𝐢𝐲𝐢𝐧𝐢𝐧. 𝐕𝐞𝐫𝐢𝐥ə𝐧 𝐯ə𝐝𝐥ə𝐫 𝐨𝐧𝐮 𝐝𝐚𝐲𝐚𝐧𝐝ı𝐫𝐚 𝐛𝐢𝐥𝐦ə𝐳. 𝐁𝐢𝐫 𝐚ğ𝐚𝐜𝐝𝐚𝐧 𝐛𝐚𝐡𝐚𝐫𝐝𝐚𝐧 𝐬𝐨𝐧𝐫𝐚 ç𝐢çə𝐤𝐥ə𝐫𝐢𝐧𝐢 𝐢𝐭𝐢𝐫𝐦ə𝐲ə𝐜ə𝐲𝐢𝐧ə 𝐬ö𝐳 𝐯𝐞𝐫𝐦ə𝐬𝐢𝐧𝐢 𝐢𝐬𝐭ə𝐲ə 𝐛𝐢𝐥𝐦ə𝐳𝐬ə𝐧. Çü𝐧𝐤𝐢 ç𝐢çə𝐤𝐥ə𝐫 𝐦𝐞𝐲𝐯ə𝐲ə ç𝐞𝐯𝐫𝐢𝐥𝐢𝐫. 𝐕ə 𝐬𝐨𝐧𝐫𝐚 𝐚ğ𝐚𝐜 𝐝𝐚 𝐦𝐞𝐲𝐯ə𝐬𝐢𝐧𝐢 𝐢𝐭𝐢𝐫𝐢𝐫.
𝐘𝐚𝐫𝐩𝐚𝐪𝐬ı𝐳 𝐛𝐢𝐫 𝐛𝐚ğ. 𝐊𝐢𝐦 𝐜ə𝐬𝐚𝐫ə𝐭 𝐞𝐝𝐢𝐛 𝐝𝐞𝐲ə 𝐛𝐢𝐥ə𝐫 𝐤𝐢, 𝐠ö𝐳ə𝐥 𝐝𝐞𝐲𝐢𝐥?”
Bu səhnədən sonra dəyişən münasibətin basdırılmış, deyilməyən duyğularını artıq içində tuta bilməyən qadın obrazı fransızca danışmağa başlayır. O andan sonra qadının gerçək kimliyini — həm həssas, həm güclü tərəfini — izləyirik. Artıq mübahisədən qaçınmır, hisslərini daha təsirli ifadə etməyə başlayır. Və görürük ki, kişi obrazı onun bir toxunuşu ilə belə anında qəlbi isinən qadının sevgi dilində danışa bilir.
Filmdə İtaliyanın gözoxşayan görüntülərini böyük zövqlə izləsək də, italyancanı da bir o qədər az eşidirik. Mənə görə səbəb italyancanın onlar üçün ortaq bir yaşamın, birlikdəliyin simvolu olması idi və məcbur qalmadıqca bu dildə danışılmırdı.
Ümumiyyətlə, digər simvolik detalların da hər biri çox xoşuma gəldi. Əslində ən kiçik anlar — bir kitab, rəsm əsəri və ya heykəl üzərindən gedən mübahisələri — hər biri onların bir-birini necə gördüyünü, münasibətə, bağlılığa və həyata baxışlarının nə qədər fərqli olduğunu göstərirdi.
John Berger "Görme Biçimleri" kitabında deyir ki:
”𝐃üşü𝐧𝐝ü𝐤𝐥𝐞𝐫𝐢𝐦𝐢𝐳 𝐲𝐚 𝐝𝐚 𝐢𝐧𝐚𝐧𝐝ı𝐤𝐥𝐚𝐫ı𝐦ı𝐳 𝐧𝐞𝐬𝐧𝐞𝐥𝐞𝐫𝐢 𝐠ö𝐫üşü𝐦ü𝐳ü 𝐞𝐭𝐤𝐢𝐥𝐞𝐫.Ç𝐨ğ𝐮 𝐳𝐚𝐦𝐚𝐧 𝐤𝐚𝐫şı𝐥ı𝐤𝐥ı 𝐤𝐨𝐧𝐮ş𝐦𝐚, 𝐛𝐮 𝐠ö𝐫𝐦𝐞-𝐠ö𝐫ü𝐥𝐦𝐞 𝐢ş𝐥𝐞𝐦𝐢𝐧𝐢𝐧 𝐝𝐢𝐥𝐞 𝐠𝐞𝐭𝐢𝐫𝐦𝐞 ç𝐚𝐛𝐚𝐬ı𝐝ı𝐫. 𝐒𝐢𝐳𝐢𝐧 𝐡𝐞𝐫 ş𝐞𝐲𝐢 𝐧𝐚𝐬ı𝐥 𝐠ö𝐫𝐝üğü𝐧ü𝐳ü 𝐛𝐞𝐧𝐳𝐞𝐭𝐦𝐞𝐲𝐥𝐞 𝐲𝐚 𝐝𝐚 𝐝𝐨ğ𝐫𝐮𝐝𝐚𝐧 𝐚çı𝐤𝐥𝐚𝐦𝐚 ç𝐚𝐛𝐚𝐧ı𝐳𝐥𝐚 𝐨𝐧𝐮𝐧 𝐡𝐞𝐫 ş𝐞𝐲𝐢 𝐧𝐚𝐬ı𝐥 𝐠ö𝐫𝐝üğü𝐧ü 𝐚𝐧𝐥𝐚𝐦𝐚 ç𝐚𝐛𝐚𝐧ı𝐳𝐝ı𝐫.”
Başqa bir səhnədə qadın obrazının məsum həyəcanla gözəlləşmə arzusunu (daha nə qədər gözəl ola bilərsən axı…) mükəmməl olmayan qırmızı dodaq boyasında, rəngli sırğalarında görürük.
Və yenə Berger yazır ki
“𝐇𝐞𝐫 𝐤𝐚𝐝ı𝐧ı𝐧 𝐯𝐚𝐫𝐥ığı, 𝐤𝐞𝐧𝐝𝐢 𝐢ç𝐢𝐧𝐝𝐞 𝐧𝐞𝐥𝐞𝐫𝐞 𝐢𝐳𝐢𝐧 𝐯𝐞𝐫𝐢𝐥𝐢𝐩 𝐧𝐞𝐥𝐞𝐫𝐞 𝐯𝐞𝐫𝐢𝐥𝐞𝐦𝐞𝐲𝐞𝐜𝐞ğ𝐢𝐧𝐢 𝐝ü𝐳𝐞𝐧𝐥𝐞𝐫; 𝐞𝐲𝐥𝐞𝐦𝐥𝐞𝐫𝐢𝐧𝐢𝐧 𝐡𝐞𝐫 𝐛𝐢𝐫𝐢, 𝐚𝐦𝐚𝐜ı 𝐲𝐚 𝐝𝐚 𝐝ü𝐫𝐭ü𝐬ü 𝐧𝐞 𝐨𝐥𝐮𝐫𝐬𝐚 𝐨𝐥𝐬𝐮𝐧, 𝐨 𝐤𝐚𝐝ı𝐧ı𝐧 𝐤𝐞𝐧𝐝𝐢𝐬𝐢𝐧𝐞 𝐧𝐚𝐬ı𝐥 𝐝𝐚𝐯𝐫𝐚𝐧ı𝐥𝐦𝐚𝐬ı𝐧ı 𝐢𝐬𝐭𝐞𝐝𝐢ğ𝐢𝐧𝐢 𝐠ö𝐬𝐭𝐞𝐫𝐞𝐧 𝐛𝐢𝐫𝐞𝐫 𝐬𝐢𝐦𝐠𝐞𝐝𝐢𝐫.
𝐄𝐫𝐤𝐞𝐤𝐥𝐞𝐫 𝐝𝐚𝐯𝐫𝐚𝐧𝐝ı𝐤𝐥𝐚𝐫ı 𝐠𝐢𝐛𝐢, 𝐤𝐚𝐝ı𝐧𝐥𝐚𝐫𝐬𝐚 𝐠ö𝐫ü𝐧𝐝ü𝐤𝐥𝐞𝐫𝐢 𝐠𝐢𝐛𝐢𝐝𝐢𝐫𝐥𝐞𝐫.”
Sonlara doğru bunun qadının görülmə arzusuna yetərincə xidmət etmədiyini anlayırıq. Və o andan sonra bədənində sanki ruhunu sıxan iç geyimindən, ayaqqabısından xilas olur.
Başqa bir səhnədə ağlamış gəlin və yanında sadəcə dayanan, amma üzü görünməyən bəy göstərilir. Sanki onların keçmişindən bir xatirə idi bu səhnə…
Kim haqlı idi? Kim haqsız? Nə gerçəkdir? Nə kopya?
Doğru suallar deyildi heç biri.
Soruşulmalı olan “nəyin kopyası idi?” olmalıdı.
Bunlar mənim anladıqlarımdır.
Bir də filmin rejissorunun özü nə anlatmaq istəyibmiş deyə ona da baxdım, təbii ki. O da indi deməsin, belə deyirmiş:
Nüsxə, orijinal ilə eyni şey deyil. Onun eyni dəyəri yoxdur. Amma bu o demək deyil ki, biz nüsxəni dəyərsiz hesab edirik. Mənim demək istədiyim odur ki, nüsxənin heç bir dəyəri yoxdur demək olmaz. Nüsxələrin dəyəri ondadır ki, onlar bizi orijinala yönəldə bilər.
Yaxınlarda Luvr Muzeyində idim və Mona Lisa əsərini izləyən insanları çəkirdim. Adi insanlar, heyrətlə açılmış ağızlarla uzun müddət hərəkətsiz dayanıb əsərə baxırlar — və mən düşündüm: “Bunlar hamısı sənət adamı ola bilərmi?"
Onlar mənim kimidir; illər boyu biz bu əsəri məktəb kitablarında ya da incəsənət tarixi kitablarında görmüşük, amma orijinalın qarşısında dayandığımız zaman nəfəsimizi tuturuq.
Filmlə bağlı isə ikiqat mənası var: yaxşı bir nüsxə tapdınsa, onu saxla və ona bağlan, orijinalının arxasınca qaçma. Çünki orijinalı tapmayacaqsan. Bu səbəbdən öz imkanlarımızı da düşünməliyik. Əlbəttə, orijinala sahib olmaq idealdır, amma filmdəki barmenin dediyi kimi:
“L’ideale non esiste.”
"Alright everybody, it's a beautiful night to save lives. Let's have some fun." Pittsburgh travma mərkəzində təcili yardımda sıradan başlayan, lakin unudulmaz olacaq 15 saat. Həyatlarına ustalıqla toxunulan onlarla insan, yaşama qaytarılan onlarla xəstə və işinin peşəkarı həyatqurtaranlar. HBO yenə…devamı"Alright everybody, it's a beautiful night to save lives. Let's have some fun."
Pittsburgh travma mərkəzində təcili yardımda sıradan başlayan, lakin unudulmaz olacaq 15 saat. Həyatlarına ustalıqla toxunulan onlarla insan, yaşama qaytarılan onlarla xəstə və işinin peşəkarı həyatqurtaranlar.
HBO yenə xəyal qırıqlığına uğratmır məni. Tempo, ssenari, tibbi gerçəkliyə maksimum yaxınlıq, üstün aktyorluqlar, tək sezonda toxunulan bir çox fərqli səhiyyə və sosial-ictimai problemlər... Tək kəlimə ilə möhtəşəm idi.
Və çoxdandır gözləyən bu uzuncaaa yazı 2-ci sezon şərəfinə paylaşılma haqqını qazandı.
İlk dəfə izlədiyim bir işdə sevimli obrazımı seçə bilmirəm. Çünki “hepsi benim bebeklerim🫠” ( Langdon şşt🤫)
Hər bir obrazın özünəməxsus xarakteri vardı. Bu, özünü pasiyentlərlə münasibətdə, ölümlə və acıyla başa çıxmaqda, eləcə də kriz idarəsində fərqlilikləri ilə göstərirdi. Bu fərqlilikləri çox-çox sevdim. Məsuliyyətlər eyni olsa da, hər kəs eyni ola bilməz nəticədə.
Ağlıma “Patch Adams” filmi gəldi bu bağlamda. Çünki bu film haqqında hər zaman “hər bir tibb tələbəsinin mütləq izləməli olduğu film” deyə danışılırdı. Buna qatılıram. Ancaq filmdəki Patch Adams obrazının “mütləq olması gərəkən həkim profili” kimi təqdim olunmasına heç vaxt isti baxmamışam.
Serial nə anlatır?
Serial, acildə işlərin necə getdiyini və “tərəzi tarazlığında olmağın” nə qədər vacib olduğunu göstərir. Pasiyentlə yetərincə maraqlanmalısan ki, düzgün anamnez toplaya biləsən, amma dayanmalı olduğun məqamı da bilməlisən. Çünki triyaj səni gözləmir. Sürətli ol, ancaq səhv etmə.
Verilən önəmli mesajlardan biri: səhiyyə işçilərinə fərqli perspektivdən yanaşma bacarığına sahib olmalıyıq.
Bəli, onlar da insandır, çox yorula, çox çarəsiz qala, sinir krizi həddinə çata bilirlər. Amma serialda gerçəkliyi də atlamadan verilən o səhnə:
– Tired?
– Yeah.
– Feet hurt? Brain feeling like mush?
– Absolutely.
– That patient doesn't give a shit. He needs you.
Göstərilən həm həkimlərlə pasiyentlər arasındakı, həm də həkimlərin öz aralarındakı etik və psixoloji əsaslara dayanan münasibətlərin çox öyrədici olduğunu düşünürəm.
Dr. Robbynin (Noah Wyle) diqqətcilliyini, yerində xəbərdarlıqlarını, mobbinqə qarşı duruşunu və o mentorluğunu gördükcə, iç keçirmədim desəm, yalan olar.
Əsla yavaşlamayan, getdikcə artan tempoda fərqli duyğuları – gələn hər vakada həyəcanı, hər ölümdə çarəsizliyi, ailə yaxınları ilə birgə kədəri, gərgin ortamlardakı yumşaq zarafatlaşmaları və vəə ilk günündə “başına gəlməz🤦🏻♀️” dediyi hər şey gələn tibb tələbələri ilə komediyanı – oradaymış kimi hiss etdirdi mənə.
Serialda ekstra bir dramatik musiqidən istifadə olunmayıb. Arxa fon səsləri – danışıq, zəng, cihaz səslərindən ibarətdir.
Neyromüxtəliflik, orqan bağışlanması, insan qaçaqçılığı, dövrümüzün aktual problemlərindən olan “incel” mövzusu, overdose narkotik qəbulu, influencerların insan sağlamlığına zərər vuracaq həddə gözəllik obsessiyaları və ən-ən önəmlisi – tibb işçilərinə qarşı zorakılığa diqqət çəkmələrini çox təqdir etdim.
Omg, o qədər çox fərqli mövzu vardı ki… Və mən hər birini qeyd edərək, bölümləri xatırlamaq məqsədi ilə yazıram.
Ancaq bütün bunlar arasında Amerikan səhiyyə sisteminin nöqsanlarına da yer verilmişdi. Bu adamlar daha bundan artıq neynəsinn..
Heç bir məsələdə xüsusi bir mesaj vurğusu hiss olunmur, çünki hadisələri təbii axarda, gündəlik vakalar şəklində görürük.
Ta ki son bölümlərə qədər. Son bölümlərdəki kütləvi yaralanma hadisələri tam bir xaos içində uyğunluq rəqsidir. Realda bu cür vəziyyətlərin necə idarə olunduğu barədə məlumatlı deyildim. Bölümün yazarı və tibbi məsləhətçisinin ilhamlandığı fərqli bir neçə MCI (Mass Casualty Incident) olduğunu və orada iştirak etmiş həkimlərlə danışıqlar apardığını öyrəndim. Xüsusilə də 2017-ci ildə Las-Veqasda festival zamanı baş verən kütləvi yaralanmada 200-dən çox zərərçəkənin gətirildiyi Sunrise xəstəxanasının təcili yardımında çalışan Dr. Kevin Menes-in məqaləsini oxuduqdan sonra hekayənin bu hadisə ilə demək olar ki, eyni əsasda yazıldığını anladım. Hətta Robby və də Dr. Abbot obrazları qismən bu həkimdən ilhamlanıb kimi görünür.
Sezonlarca davam etməsini diləyirəm ki, artıq 3-cü sezonu belə təsdiqlənib. Sadəcə Dr. Collins olmayacaq. Sad story :(
Bir-iki çox sevdiyim və unutmaq istəməyəcəyim replika oldu:
⚕️I had a teacher mentor who told me about a Hawaiian ritual called Ho'oponopono. Or the four things that matter most. It's basically just a few key things that we can say when we're saying goodbye to a loved one that can really help. At the early stages of loss:
I love you. Thank you. I forgive you. Please forgive me.
⚕️
He's my heart in human form🫠
Filmə baxarkən özümü evdən kənarda, insanların arasındaymış kimi hiss edirdim. Normalda avtobusda, metroda olarkən çox nadir hallarda qulaqlıq taxıram, o qarmaqarışıq, uğultulu insan səslərini eşitmək xoşuma gəlir. O anlarda insanların nə düşündüklərini demək olar ki, heç vaxt fikirləşmədiyimin fərqinə vardım.…devamıFilmə baxarkən özümü evdən kənarda, insanların arasındaymış kimi hiss edirdim. Normalda avtobusda, metroda olarkən çox nadir hallarda qulaqlıq taxıram, o qarmaqarışıq, uğultulu insan səslərini eşitmək xoşuma gəlir. O anlarda insanların nə düşündüklərini demək olar ki, heç vaxt fikirləşmədiyimin fərqinə vardım. Mən daha çox o gün nə geyindiklərini incələyirəm, bir balaca yargılayıram:) bəzən öz-özümə xal verirəm.
Bugün filmdəki "mələklərdən" ilhamlanıb bir az diqqətlə baxdım ətrafıma, insanlara. Nələr görə bilərəm deyə...
Həmişəki kimi harasa tələsən, çox nadir hallarda gülümsəməmə qarşılıq gülümsəyən, kədərli, acıqlı görünən insanlar... Amma fikirləşirəm ki, bizim insanımız dəhşətli dərəcədə göz təması qurmağa maraqlıdır və bundan qətiyyən çəkinmirlər.
Hə, göz təması demişkən, çox şirinmi-şirin və bəlli ki, flört səviyyəsində bir cütlük diqqətimi çəkdi. Yol boyunca qız əsla göz təması qurmadan danışsa da, oğlan da tam əksinə, bir dəfə belə gözlərini xanımdan qaçırmadı. Tanış mənzərələr görmək hamımızın təməldə bəsit insanlar olduğumuzu xatırladır.
Bütün gün qucaq dolusu yasəmənlə gəzən gözəl Bakı qızlarına rast gəlib düşündüm: görəsən, kənardan necə sevincli göründüklərini bilirlərmi?
Bir neçə yerdə hündür ağac başında sıxışıb qalan şarları görüb bir az üzüldüm:)
Əşyalara canlıymış kimi davranma xüsusiyyəti rəfiqəmdən mənə keçir arada. Şəxsən özü 4 il əvvəl itirdiyi paltarının hələ də onsuz nə halda olduğunu fikirləşib dərdlənə bilir.
Dünya həssas qəlblər üçün cəhənnəm kimidir...
Deyəsən, gün boyunca ən sevdiyim insani münasibət nümunəsi tamaşada xarici həyat yoldaşına ingiliscə orada baş verənləri anlatmağa çalışan qadının təqdirəlayiq çabası oldu. Heyif ki, qız qaçırmağı, "bir nəfər molla, 3 manat pul, bir kəllə qənd" ifadəsini necə izah etdiyini heç vaxt bilməyəcəyəm:)
Həə, bax belə...
Bəlkə rutinlər xaricində çox vacib, qeyri-adi bir hekayəyə rast gəlmədim, ancaq anladım ki, insanların anlıq düşüncələrini nə bilmək istəyirəm, nə də bu haqda fikirləşmək.
Bu filmi isə sadəcə "çox sevdim" desəm, düz olmazdı yəqin. Çünki başqa bir yerdən, ruhumu oxşayan o qədər zərif bir filmdir ki... Dialoqlarıyla, monoloqlarıyla, hər səhnəsiylə.
İnsan olmanın gözəlliyinin əslində vacib hesab etmədiyimiz kiçik sıradanlıqlarda olduğunu, bəzən isə dözülməz çətinliyinin sadəcə yaşamımızla var olduğunu xatırladır.
Sevməyə aşiq olan, insan olmağa dərin həsrət duyan bir mələyin ölümlülüyə keçişində rənglənən dünyanı, son nəfəsdə sayıqlanan hər kəliməni, sadəcə məsumlara görünən mələkləri necə sevdim, İlahi...
🪽"Çocuk çocukken beslenmek için elma ve ekmek yeterdi. Aslında hâlen de öyle.
Şimdi bile hâlâ taze ceviz yiyince dili kabarıyor.
Ve hâlâ bir dağın tepesindeyken daha yüksek bir dağın özlemini çekiyor.
Büyük şehirdeyken, daha büyük bir şehri özlüyor ve bu hep böyle devam ediyor.
Bir ağacın tepesinde, bugün de olduğu gibi, ellerini büyük bir coşkuyla kirazlara uzatıyor.
Yabancılardan çekinirdi ve hâlâ da çekiniyor.
İlk karı beklerdi ve hâlâ da bekliyor.
Çocuk çocukken ağacı bir mızrak darbesiyle titretirdi. Hâlâ da öyle titretiyor."🪽
🍰🍷 “𝑺𝒄𝒉𝒎𝒆𝒄𝒌𝒆𝒏 𝑺𝒊𝒆 𝒆𝒊𝒏 𝒌𝒍𝒆𝒊𝒏𝒆𝒔 𝑺𝒕ü𝒄𝒌 𝒗𝒐𝒎 𝑲𝒖𝒄𝒉𝒆𝒏, 𝒃𝒆𝒗𝒐𝒓 𝒆𝒔 𝒛𝒖 𝒔𝒑ä𝒕 𝒊𝒔𝒕.” Yalnızlıq qorxusu çox qəribə bir hissdir. Səninlə bütünləşmiş bir parça kimidir. Digər qorxulardan fərqli olaraq orada olmasa belə, həmişə özünü xatırladan və unutduğunu sandığında bu dəfə itirmək…devamı🍰🍷
“𝑺𝒄𝒉𝒎𝒆𝒄𝒌𝒆𝒏 𝑺𝒊𝒆 𝒆𝒊𝒏 𝒌𝒍𝒆𝒊𝒏𝒆𝒔 𝑺𝒕ü𝒄𝒌 𝒗𝒐𝒎 𝑲𝒖𝒄𝒉𝒆𝒏, 𝒃𝒆𝒗𝒐𝒓 𝒆𝒔 𝒛𝒖 𝒔𝒑ä𝒕 𝒊𝒔𝒕.”
Yalnızlıq qorxusu çox qəribə bir hissdir. Səninlə bütünləşmiş bir parça kimidir. Digər qorxulardan fərqli olaraq orada olmasa belə, həmişə özünü xatırladan və unutduğunu sandığında bu dəfə itirmək qorxusuna çevrilən bir duyğudur.
Bu duyğu onunla başa çıxa bilməyənə uca divarlar ördürür, insanı özü də hiss etmədən həyatdan kənara çəkib çıxarır. Mahin və Faramarzın bu cür obrazlar olmamasına o qədər sevindim ki! Necə də şirin idilər axı...
Onlara gülümsəmədən baxa bilmirdim.
Gündəlik, amma bir o qədər də dərin söhbətlər, yüngül şərab sərxoşluğu, rəqs, geç tapılan tez itirilən hisslər, çox şəkər bulanıq selfie...
Baxdıqca düşünürəm ki, həyatı olduğundan daha çox çətinləşdirən bizik. Amma niyə Mahin qədər cəsarətli ola bilmirik? Onun davranışı bəlkə gənc yaşlarda xoşagəlməz görünə bilər. Bəs bu davranışı cəsarət adlandırıb təqdir etmək üçün nəyə ehtiyacımız var?
Yaşımızın üstünə daha çoxmu yaş gəlməlidir?
İtirəcək bir şeyimizin qalmaması mı?
Yoxsa sadəcə “Ən pis nə ola bilər ki?” düşüncəsi mi olmalıdır?
Hər bir halda, cəsarət edib seçə bilmədiyimiz hər yol bəzən hiss olunan, bəzən də önəmsiz görünən bir peşmançılığa çevrilir.
Filmdə diqqətimi çəkən bir məqam da qadın və kişi arasında xarakterdən asılı olmayaraq mövcud olan fərqliliklərin hər yaşda var olduğuna yer vermələri oldu. Yaşın neçə olursa olsun, əgər Mahin kimi dostlarınla bir masada söhbət edirsənsə, orada “kız neşesi” vardır.
Mahinin gözəl görünmək üçün cəmi bir neçə dəqiqə ərzində paltarını dəyişməsi, tələsik dodaq boyası çəkməsi, ətir vurması, keçmiş eşq həyatı ilə bağlı ilk sualın ondan gəlməsi...
Bilmirəm, amma bu mənə çox xoş gəldi. O anda beynimdə “How I love being a woman”
Amma bir tərəfdən də düşündüm ki, neçə yaşında olursan ol, yenə də öz bədənin üzərində bəyənilməmə qorxusunun qadında olması üzücüdür. Bütün bunlar bir yana İranda bir qadın olmanın yaşatdığı çətinliklərə də çox təbii səhnələrlə yer vermişdilər.
Faramarzın təkbaşına ölməkdən qorxması və ümumiyyətlə, hər ikisinin tamamilə egolarından sıyrılmış halda ən səmimi şəkildə söhbət etmələri məni elə onların yerinə rahatlamış kimi hiss etdirdi.
Kaş ki, final üçün təxmin olunan bir hekayə yazmasaydılar. Bilmirəm, bu da bir növ sanki “Eh, baxın, kişilər hər yaşda bu cür davranırlar” mesajı kimi hiss etdirirdi ki, bu heç xoşuma gəlmədi. Sevginin bir parçası olan, həyatın axışında var olan şeyləri sanki doğru deyilmiş kimi hiss etdirməsəydilər, daha yaxşı olardı.
Bəlkə də bir az şişirtmiş ola bilərəm, amma məndə belə bir hiss yaratdı.