𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂, 𝗖𝗵𝗲𝗳. Mənə 5 sezonluq mükəmməl bir izləmə həzzi yaşatdınız. İçində yemək hazırlanan hər şeyi izləmə potensialına sahibəm. O xaosu, mətbəxdəki həyəcanı, gərgin dialoqları izləməkdən çox zövq alırdım. Bu dəfə təkrar baxanda əsl sevmə səbəbimi anladım. O xaos mənə…devamı𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂, 𝗖𝗵𝗲𝗳.
Mənə 5 sezonluq mükəmməl bir izləmə həzzi yaşatdınız. İçində yemək hazırlanan hər şeyi izləmə potensialına sahibəm. O xaosu, mətbəxdəki həyəcanı, gərgin dialoqları izləməkdən çox zövq alırdım.
Bu dəfə təkrar baxanda əsl sevmə səbəbimi anladım. O xaos mənə ev kimi hiss etdirirdi. Hər kəsin daim səhv etməsi, sonra öz tərzində, üzr istəyərək və ya istəməyərək, heç nə olmamış kimi davam etməsi, hər yeni günə qaldıqları yerdən davam etmək məcburiyyətində olmaları və bunu sevdikləri üçün etmələri... Görüb görə biləcəyim ən rutinə oturmuş, təşviş pozuntusu zəmanətli davranış silsiləsi idi.
Elə bir serialdır ki, zamanla həm personajlar, həm də serialın özü sanki dəyişir, durulur. Belə desəm də, öz içində təkrarlanan bir döngüsü də var idi. Kimsə bir gündə dəyişib mükəmməl birinə çevrilməz ki. Sadəcə zamanla hansı tərəflərini kimin yanında ortaya çıxara biləcəklərinin daha güvənli hiss etdirdiyini anlamağa başladılar.
İnsan hər kəsin yanında eyni cür ola bilməz. Bəzilərinin yanında daha cəsarətli, bəzilərinin yanında daha qorxaq, kiminsə yanında daha mərhəmətli, kiminsə yanında isə daha sərt tərəfimiz ortaya çıxır. Bəlkə də bunların heç biri yalan deyil. Sadəcə heç kim bizi bütöv şəkildə tanımır.
Richie-nin tanıdığı Mikey-ni heç kim tanımırdı, məsələn. Şeflərin, Lucanın tanıdığı Carmenlə Bears-ın tanıdığı Carmen-ə eyni insan belə demək olmazdı.
Söz bura gəlmişkən, bir az da xarakter analizi Ən sevdiyim, ən sevdiyimmmm...
𝙍𝙞𝙘𝙝𝙞𝙚 — 𝙃𝙚𝙮, 𝙘𝙤𝙪𝙨𝙞𝙣
Mənim ən sevdiyim, ən səmimi, ən içdən obraz idi. İlk başlardakı qəzəbi, yöndəmsizliyi kədərinin örtüsü idi. Müdafiə qalxanı etdiyi hər şey sadəcə qorxularını gizlətmək üçün idi.
Mikey həyatda olanda özünü dəyərli hiss edirdi. Ona ehtiyac duyulan bir işi, uğrunda daha çox çabalamaq istədiyi bir ailəsi, ən axmaq fikirlərini belə dünyanın ən normal şeyi kimi qəbul edən bir dostu vardı. Sonra bir anda həyatının məqsədini, anlamını itirdi.
Carmenə baxdı, bildiyi hər şeyi yanlış öyrəndiyini hiss etdi. Sydney gəldi, restoranda özünü işə yaramaz hiss etməyə başladı. Qızının həyatına ögey ata anlayışı girdi. İtirmək, unudulmaq qorxusunu yaşadı.
Zehnini dolduran suallar onun gerçək Richie-ni görməsinə imkan vermirdi.
Mən kiməm? Niyə varam? Axı mən bu həyatda nəyi bacarıram?
Carmen-nin həmişə nə istədiyini bilən və bu uğurda ölümünə istəklə çalışan biri olması Richie-yə yol göstərdi. Ən çox da onu xoşbəxt görmək xoşuma gəlirdi.
𝙎𝙮𝙙𝙣𝙚𝙮—
Gerçəkdə tanısam, əzmlə çalışmasına çox hörmət edəcəyim, amma heç cür sevə bilmədiyim personajdır. Bir səbəbi də yoxdur, ya da var, bilmirəm.
Carmy kimi geniş bir ailədə böyüməmiş olmasına rəğmən, çox uyumlu, həddindən artıq empatik, həmişə həll yönümlü, tam bir komanda oyunçusudur. Syd hər kəsin həyatındakı neytral zona idi.
Carmy-yə olan heyranlığını onu idealizə etmədən yaşaması Syd-in ən sevdiyim xüsusiyyəti idi. Bu, həm də daha stabil bir mental uğrunda özü ilə savaşmasına səbəb olurdu.
Carmy-nin "𝘚𝘺𝘥, 𝘴ə𝘯 𝘮ə𝘯𝘪𝘮 𝘩𝘦ç 𝘷𝘢𝘹𝘵 𝘰𝘭𝘢 𝘣𝘪𝘭𝘮ə𝘺ə𝘤ə𝘺𝘪𝘮 𝘩ə𝘳 ş𝘦𝘺𝘴ə𝘯" dediyi səhnədə içim parçalandı. Carmy-nin gedəcəyini öyrəndiyində üçlü arasında keçən o səhnə sadəcə möhtəşəm idim
𝙈𝙖𝙧𝙘𝙪𝙨 —
İstedad + əzm + arzu = yolun yoldur. O violet dessert yuxularıma girir, Marcus.
𝙏𝙞𝙣𝙖 𝙫ə 𝙄𝙗𝙧𝙖 —
Neçə yaşında olursa olsun, həmişə yeni bir şeylər öyrənməyə həvəsli olan insanlar üçün ürəyim gedir.
𝙉𝙖𝙩𝙖𝙡𝙞𝙚 —
Oh, my shayla! Sənə nə demək olar ki? Just love you, Sugar.
𝘾𝙡𝙖𝙞𝙧𝙚 𝘽𝙚𝙖𝙧 —sen, benim olmayı umut ettiğim kadınsın.
𝘾𝙖𝙧𝙢𝙚𝙣 𝘽𝙚𝙧𝙯𝙖𝙩𝙩𝙤
OKP, təşviş pozuntusu, panik atak yaşayan birinu elə oynadı ki, Jeremy
ekrandan keçib onu qucaqlamaq istəyirdim.
Yaşamasını keçdim, anlatması da çətin bir həyat idi onunki.
"𝖲𝖺𝗇ı𝗋ı𝗆, 𝗌ü𝗋𝖾𝗄𝗅𝗂 𝗈𝗅𝖺𝗋𝖺𝗄, 𝗄𝖾𝗇𝖽𝗂𝗆𝗂 𝗍𝗎𝗓𝖺ğ𝖺 𝖽üş𝗆üş 𝗀𝗂𝖻𝗂 𝗁𝗂𝗌𝗌𝖾𝖽𝗂𝗒𝗈𝗋𝗎𝗆. Çü𝗇𝗄ü 𝗇𝖺𝗌ı𝗅 𝗁𝗂𝗌𝗌𝖾𝗍𝗍𝗂ğ𝗂𝗆𝗂 𝖺çı𝗄𝗅𝖺𝗒𝖺𝗆ı𝗒𝗈𝗋𝗎𝗆, 𝗈 𝗒ü𝗓𝖽𝖾𝗇 𝖻𝗂𝗋𝗂𝗇𝖾 𝗇𝖺𝗌ı𝗅 𝗁𝗂𝗌𝗌𝖾𝗍𝗍𝗂ğ𝗂𝗇𝗂 𝗌𝗈𝗋𝗆𝖺𝗄, 𝗇𝖾 𝖻𝗂𝗅𝖾𝗒𝗂𝗆 𝖽𝖾𝗅𝗂𝖼𝖾 𝗀𝖾𝗅𝗂𝗒𝗈𝗋?"
Dayanmadan, hər gün yenidən başlamaq, amma hər səhər oyandığında təkrar eyni günə oyandığını anlamaq... Oyaqkən susmayan zehninin sənə yuxuda belə rahatlıq verməməsi...
Yasını yaşaya bilmirdi. Xəyal qırıqlığını, peşmanlığını silib ata bilmirdi.Orada ola bilərdim, amma orada deyildim. Edə bilərdim, amma etmədim.Bunu heç bir şeyin dəyişdirə bilməyəcəyini anlamağın ağırlığı...
Onun öz içində bir düzəni olan xaotik dünyası vardı. Çünki bildiyi tək yol bu idi. Elə ki, kimsə o dünyaya girməyə çalışdı, düzən pozuldu. Xaos bitdi, yerini təşvişə buraxdı.
“𝙒𝙝𝙖𝙩 𝙩𝙝𝙚 𝙛𝙪𝙘𝙠 𝙬𝙖𝙨 𝙄 𝙩𝙝𝙞𝙣𝙠𝙞𝙣𝙜? 𝙇𝙞𝙠𝙚 𝙄 𝙬𝙖𝙨 𝙜𝙤𝙣𝙣𝙖 𝙗𝙚 𝙞𝙣 𝙖 𝙧𝙚𝙡𝙖𝙩𝙞𝙤𝙣𝙨𝙝𝙞𝙥? 𝙄'𝙢 𝙖 𝙛𝙪𝙘𝙠𝙞𝙣𝙜 𝙥𝙨𝙮𝙘𝙝𝙤. 𝙏𝙝𝙖𝙩'𝙨 𝙬𝙝𝙮. 𝙏𝙝𝙖𝙩'𝙨 𝙬𝙝𝙮 𝙄'𝙢 𝙜𝙤𝙤𝙙 𝙖𝙩 𝙬𝙝𝙖𝙩 𝙄 𝙙𝙤. 𝙏𝙝𝙖𝙩'𝙨 𝙝𝙤𝙬 𝙄 𝙤𝙥𝙚𝙧𝙖𝙩𝙚. 𝙄 𝙖𝙢 𝙩𝙝𝙚 𝙗𝙚𝙨𝙩 𝙗𝙚𝙘𝙖𝙪𝙨𝙚 𝙄 𝙙𝙞𝙙𝙣'𝙩 𝙝𝙖𝙫𝙚 𝙖𝙣𝙮 𝙤𝙛 𝙩𝙝𝙞𝙨 𝙛𝙪𝙘𝙠𝙞𝙣𝙜 𝙗𝙪𝙡𝙡𝙨𝙝𝙞𝙩. 𝙍𝙞𝙜𝙝𝙩? 𝙄 𝙘𝙤𝙪𝙡𝙙. 𝙄 𝙘𝙤𝙪𝙡𝙙 𝙛𝙤𝙘𝙪𝙨 𝙖𝙣𝙙 𝙄 𝙘𝙤𝙪𝙡𝙙 𝙘𝙤𝙣𝙘𝙚𝙣𝙩𝙧𝙖𝙩𝙚. 𝙄 𝙙𝙤𝙣’𝙩 𝙣𝙚𝙚𝙙 𝙩𝙤 𝙥𝙧𝙤𝙫𝙞𝙙𝙚 𝙖𝙢𝙪𝙨𝙚𝙢𝙚𝙣𝙩 𝙤𝙧 𝙚𝙣𝙟𝙤𝙮𝙢𝙚𝙣𝙩. 𝙄 𝙙𝙤𝙣’𝙩 𝙣𝙚𝙚𝙙 𝙩𝙤 𝙧𝙚𝙘𝙚𝙞𝙫𝙚 𝙖𝙣𝙮 𝙖𝙢𝙪𝙨𝙚𝙢𝙚𝙣𝙩 𝙤𝙧 𝙚𝙣𝙟𝙤𝙮𝙢𝙚𝙣𝙩. 𝙄’𝙢 𝙘𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚𝙡𝙮 𝙛𝙞𝙣𝙚 𝙬𝙞𝙩𝙝 𝙩𝙝𝙖𝙩. 𝘽𝙚𝙘𝙖𝙪𝙨𝙚 𝙣𝙤 𝙖𝙢𝙤𝙪𝙣𝙩 𝙤𝙛 𝙜𝙤𝙤𝙙 𝙞𝙨 𝙬𝙤𝙧𝙩𝙝 𝙝𝙤𝙬 𝙩𝙚𝙧𝙧𝙞𝙗𝙡𝙚 𝙩𝙝𝙞𝙨 𝙛𝙚𝙚𝙡𝙨. 𝙄𝙩’𝙨 𝙟𝙪𝙨𝙩 𝙖 𝙘𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚 𝙬𝙖𝙨𝙩𝙚 𝙤𝙛 𝙛𝙪𝙘𝙠𝙞𝙣𝙜 𝙩𝙞𝙢𝙚.”
Sevdiyi işdə mükəmməl olmaq uğrunda sözün əsl mənasında it kimi çalışıb əmək verdi. Oldu da. Amma buna dəydi mi?
“𝙔𝙤𝙪 𝙜𝙖𝙫𝙚 𝙢𝙚 𝙪𝙡𝙘𝙚𝙧𝙨, 𝙖𝙣𝙙 𝙥𝙖𝙣𝙞𝙘 𝙖𝙩𝙩𝙖𝙘𝙠𝙨, 𝙖𝙣𝙙 𝙣𝙞𝙜𝙝𝙩𝙢𝙖𝙧𝙚𝙨! 𝙔𝙤𝙪 𝙠𝙣𝙤𝙬 𝙩𝙝𝙖𝙩, 𝙧𝙞𝙜𝙝𝙩? 𝘿𝙤 𝙮𝙤𝙪... 𝙙𝙤 𝙮𝙤𝙪 𝙪𝙣𝙙𝙚𝙧𝙨𝙩𝙖𝙣𝙙 𝙩𝙝𝙖𝙩? 𝙈𝙮 𝙡𝙞𝙛𝙚 𝙨𝙩𝙤𝙥𝙥𝙚𝙙.”
“𝙏𝙝𝙖𝙩'𝙨 𝙩𝙝𝙚 𝙥𝙤𝙞𝙣𝙩, 𝙧𝙞𝙜𝙝𝙩?”
“𝙏𝙝𝙖𝙩'𝙨 𝙩𝙝𝙚 𝙥𝙤𝙞𝙣𝙩?”
“𝙔𝙤𝙪 𝙬𝙖𝙣𝙩𝙚𝙙 𝙩𝙤 𝙗𝙚 𝙜𝙧𝙚𝙖𝙩. 𝙔𝙤𝙪 𝙬𝙖𝙣𝙩𝙚𝙙 𝙩𝙤 𝙗𝙚 𝙚𝙭𝙘𝙚𝙡𝙡𝙚𝙣𝙩. 𝙎𝙤 𝙮𝙤𝙪 𝙜𝙤𝙩 𝙧𝙞𝙙 𝙤𝙛 𝙖𝙡𝙡 𝙩𝙝𝙚 𝙗𝙪𝙡𝙡𝙨𝙝𝙞𝙩, 𝙖𝙣𝙙 𝙮𝙤𝙪 𝙘𝙤𝙣𝙘𝙚𝙣𝙩𝙧𝙖𝙩𝙚𝙙, 𝙖𝙣𝙙 𝙮𝙤𝙪 𝙜𝙤𝙩 𝙛𝙤𝙘𝙪𝙨𝙚𝙙. 𝘼𝙣𝙙 𝙮𝙤𝙪 𝙜𝙤𝙩 𝙜𝙧𝙚𝙖𝙩. 𝙔𝙤𝙪 𝙜𝙤𝙩 𝙚𝙭𝙘𝙚𝙡𝙡𝙚𝙣𝙩. 𝙄𝙩 𝙬𝙤𝙧𝙠𝙚𝙙. 𝙔𝙤𝙪'𝙧𝙚 𝙝𝙚𝙧𝙚. 𝙇𝙤𝙤𝙠 𝙖𝙩 𝙖𝙡𝙡 𝙩𝙝𝙞𝙨.”
Dəyərdi...