Həyatımın çox emosional olduğum dönəmində izlədiyim üçün qəlbimdə çox başqa bir yeri olan , sakit irəliləsə də izləyərkən sıxılmadığım, dialoqlarla dolu mini serial.
Hədsiz narahat edici film idi, amma eyni zamanda necəsə sonuna qədər özünü izlətdirən tərzdə çəkilib, çünki, kinamatoqrafiyası, aktyorluqlar, rənglər xüsusilə Lolita, onun rolu əla idi amma izləyərkən çox yerdə narahat oldum.. Vladimir Nabokovun eyniadlı əsəri əsasında çəkilib.Kitabını oxusam daha az…devamıHədsiz narahat edici film idi, amma eyni zamanda necəsə sonuna qədər özünü izlətdirən tərzdə çəkilib, çünki, kinamatoqrafiyası, aktyorluqlar, rənglər xüsusilə Lolita, onun rolu əla idi amma izləyərkən çox yerdə narahat oldum..
Vladimir Nabokovun eyniadlı əsəri əsasında çəkilib.Kitabını oxusam daha az incidərdi deyə düşünürəm çünki izləmək tamam başqa təcrübə oldu.
Köhnə filmlərimiz arasında ən sevdiklərimdən biri sözsüz ki "O olmasın, bu olsun"dur.Filmdəki musiqilər, abu hava, pozitivlik, mədəniyyət, geyimlər ötə yandan isə köhnə adətlərimiz, ənənələrimiz, mentalitetimiz..
Azərbaycanın köhnə filmləri,köhnə musiqilərini yaşatmaq çox önəmlidir məncə.Geyimlərlə, musiqilərlə, gözümüzü qəlbimizi oxşayam bir film daha.Çoxdan izləsəm də indi paylaşmaq istədim nədənsə. Çoxx sevirəm..❤️
Film, ölümündən sonra üstünə torpaq atacaq birini axtaran Badii bəydən bəhs edir.Ötürdüyü abu-havanın fərqliliyi bir yana o qədər dərin, insanı sorğulamağa vadar edən filmdir ki məncə hər kəsin qəlbinin bir yerlərinə mütləq toxunacaq.Sakit irəliləsə də özündə saxlayır. Təbii ki bir…devamıFilm, ölümündən sonra üstünə torpaq atacaq birini axtaran Badii bəydən bəhs edir.Ötürdüyü abu-havanın fərqliliyi bir yana o qədər dərin, insanı sorğulamağa vadar edən filmdir ki məncə hər kəsin qəlbinin bir yerlərinə mütləq toxunacaq.Sakit irəliləsə də özündə saxlayır.
Təbii ki bir gün təkrar izləyəcəm.
9/10
Ay o qədər qəşəng film idi ki. 1997 və 1999 illərində yaşayan iki insanın poçt qutusu vasitəsilə məktublarla tanışması hətta görüşmə çabalarından bəhs edir. Filmin ötürdüyü abu havanı necə izah edim bilmirəm..Qışı, soyuğu buram-buram hiss etdirən, amma eyni zamanda qəlbimi…devamıAy o qədər qəşəng film idi ki.
1997 və 1999 illərində yaşayan iki insanın poçt qutusu vasitəsilə məktublarla tanışması hətta görüşmə çabalarından bəhs edir.
Filmin ötürdüyü abu havanı necə izah edim bilmirəm..Qışı, soyuğu buram-buram hiss etdirən, amma eyni zamanda qəlbimi bu qədər isidən çox az film vardır.Çoox çox gözəl idi🤍